ADY: "Bəzi istiqamətlər üzrə qatarların qrafikində qismən kənaraçıxma halları ola bilər"

ADY: Bəzi istiqamətlər üzrə qatarların qrafikində qismən kənaraçıxma halları ola bilər
Sosial 37

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC ölkə ərazisində müşahidə olunan yağışlı və küləkli hava şəraitinin yarada biləcəyi çətinliklərin aradan qaldırılması üçün müvafiq tədbirlər görür.

BAKU.WS xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Məlumata əsasən, hazırda qatarlar qrafik üzrə hərəkətini davam etdirir, bütün infrastruktur obyektlərinə fasiləsiz nəzarət edilir. Təhlükəsizliyin təmin edilməsi məqsədilə sürət həddinin endirilməsi səbəbindən bəzi istiqamətlər üzrə qatarların qrafikində qismən kənaraçıxma halları ola bilər.

"Aramsız külək və yağışın qatarların görünmə məsafəsini və səsinin eşidilməsini məhdudlaşdıra biləcəyini nəzərə alaraq sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmağı xahiş edirik", - ADY-dən bildirilib.

Son xəbərlər