Ad, soyad və ata adının eyniliyi vətəndaşın başına iş açdı (VİDEO)

Ad, soyad və ata adının eyniliyi vətəndaşın başına iş açdı (VİDEO)
Video
Sosial 2409

Ad , soyad və ata adının eyniliyi vətəndaşın başına iş açıb.

BAKU.WS xəbər verir ki, əhkəmə banka borcu olan Məmmədov Arif Musa oğlunun avtomobilinə həbs qoysada, əslində bu həbsin eyni adda olan başqa bir şəxsə aid olduğu üzə çıxıb. Çünki mülkünə həbs qoyulmalı olan şəxsin təvvəllüdü ilə mülkünə həbs qoyulan şəxsin təvvəlüdü fərqlidir. Uyğunsuzluq aşkarlansada indi məhəkəmə qərarının ləğvi üçün müddət lazım olduğundan avtomobili cərimə meydançasından çıxarmaq mümkün olmur.

30 il müddətinə olan etibarnamə ilə avtomobil alan şəxs artıq 1 həftədir ki, maşınsız qalıb. Buna səbəb ona maşını satan Məmmədov Arif Musa oğlu ilə eyni adda olan başqa bir şəxsin, baka olan kredit borcunu ödəməməsidir.  

Bundan sonra Suraxanı rayon məhəkməsinə müraciət edən İlham Rufullayevə bildirilib ki, həqiqətəndə yanlış adamın əmlakına həbs qoyulub amma buna baxmayaraq qərarın ləğvi üçün o, gözləməlidir.

Hüquqşünas Asif Abdullayev isə bildirir ki, bu problemə texniki səhv səbəb olub və aradan qaldırılmasının rəsmi üsulu var.

Burdanda belə anlaşılır ki, yaxın günlərdə sözügedən qərar ləğv ediləcək və avtomobil yenidən sahibinə qaytarılacaq.

Aynur Ələkbərova

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər