Açıq məkanlardakı 1 322 reklamda Azərbaycan dili ilə bağlı nöqsanlar aşkarlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin 6 ayında açıq məkanlardakı 1 322 reklamda “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunun tələblərinin pozulmasına, 1 329-da isə estetik görünüşə uyğun olmayan hallara rast gəlinib.
BAKU.WS xəbər verir ki, bu barədə report-a Azərbaycan Dövlət Reklam Agentliyindən (ADRA) məlumat verilib.
Bildirilib ki, açıq məkanda reklamlarla bağlı qanunvericiliyin tələblərini pozmuş 2 689 sahibkara icrası məcburi olan xəbərdarlıq verilib, 205 iş baxılması üçün məhkəmələrə göndərilib.
"Ötən müddət ərzində ADRA-nın 1412 Çağrı Mərkəzinə ümumilikdə 1 820 müraciət daxil olub. Edilən müraciətlərin əksəriyyəti açıq məkanda reklam yerləşdirmək üçün prosedur qaydaları, eləcə də dövlət rüsümu və yayım haqqının hesablanması ilə bağlıdır" - məlumatda qeyd olunub.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...