Abşeronda nöqsanlar aşkarlanan müəssisənin fəaliyyəti məhdudlaşdırıldı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeronda unlu qənnadı məmulatlarının istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat yayıb.
Bildirilib ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, H.Məmmədov küçəsində fəaliyyət göstərən, fiziki şəxs Həsənov Elvin Əhməd oğluna məxsus unlu qənnadı məmulatlarının istehsalı müəssisəsində yoxlama keçirilib. Baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu məlum olub.
Belə ki, müəssisədə texnoloji prosesin ardıcıllığına əməl edilmədiyi, sanitar-gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, istehsal olunan məhsulların markalanmasının qanunvericiliyin tələblərinə cavab vermədiyi və digər nöqsanlar aşkarlanıb.
Faktla bağlı müəssisə rəhbəri barəsində inzibati tədbir görülüb, markalanması qanunvericiliyin tələblərinə cavab verməyən məhsulların satışı dayandırılıb və müəssisənin fəaliyyəti aşkar olunmuş nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb.
Qalereya
Oxşar xəbərlər
Bakının reytinqli məktəbləri cərimələndi - SİYAHI
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi paytaxtın Yasamal rayonunda yerləşən A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəbdə qida qəbulundan sonra...