Abşeronda karantin qaydalarını pozan çay evi aşkarlandı - VİDEO

Abşeronda karantin qaydalarını pozan çay evi aşkarlandı - VİDEO
Video
Sosial 128

Abşeron rayonunda komendant saatının tələblərini və karantin qaydalarını pozaraq fəaliyyət göstərən çay evi aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Xırdalan şəhərində polislər tərəfindən nəzarət tədbirləri həyata keçirilən zaman “Ray club” adlı çay evinin müəyyən edilən tələbləri kobud surətdə pozaraq fəaliyyət göstərdiyi müəyyən olunub.

Çay evində qaydalara zidd olaraq müştərilərə qəlyan da təklif edilib. Obyektin sahibi, xidmət personalı və orada olan 18 müştəri Abşeron Rayon Polis İdarəsinə gətiriliblər. Onlar barəsində İnzibati protokollar tərtib edilib. Toplanan materiallar baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər