Abşeronda 18 yaşlı qız itkin düşüb

08
iyl
2019
13:05
Abşeron rayonunda 18 yaşlı qız itkin düşüb.BAKU.WS Report-a istinadla xəbər verir ki, hadisə Masazır qəsəbəsində baş verib.Belə ki, qəsəbə sakini, 2001-ci il təvəllüdlü Babayeva Əminə Zeynal qızı iyulun 2-də saat 12 radələrində evdən işə getmək adı ilə çıxıb və bir daha geri qayıtmayıb. Yaxınları qızın çalışdığı "Neptun" marketlə əlaqə saxlasalar da onu görən olmayıb. Evdən çıxarkən əynində cins şalvar, yaşıl rəngdə köynək, qara idman ayaqqabısı və kürəyə salan qara sumkası olub. Onu görən şəxslərdən Abşeron Rayon Polis İdarəsinə məlumat vermələri xahiş olunur.
Qalereya
Oxşar xəbərlər
Sumqayıtda 57 yaşlı kişi itkin düşüb
Sumqayıtda 57 yaşlı kişi itkin düşüb. BAKU.WS-in ONA-ya istinadən məlumatına görə, 20-ci məhəllə, ev 20/29 da, mənzil 38-də yaşayan Eynulla Nəsrullayev Sumqayıt...
