ABŞ-də yaşayan azərbaycanlıların səsverməsi başlayıb, aktivlik müşahidə olunur - FOTO

ABŞ-də yaşayan azərbaycanlıların səsverməsi başlayıb, aktivlik müşahidə olunur - FOTO
Foto
Sosial 3

Azərbaycanda fevralın 7-də keçirilən növbədənkənar prezident seçkiləri ilə əlaqədar ölkəmizin Amerika Birləşmiş Ştatlarının (ABŞ) Vaşinqton şəhərindəki səfirliyinin inzibati binasında yaradılan seçki məntəqəsində səsvermə başlayıb və seçicilərin aktivliyi müşahidə olunur.

BAKU.WS xəbər verir ki, bu barədə report-un ABŞ bürosuna açıqlamasında Azərbaycanın ABŞ-dəkı səfirliyinin mətbuat katibi Cəmilə Məmmədova deyib.

O bildirib ki, 17 saylı Yasamal üçüncü seçki dairəsinin nəzdində yaradılmış 43 saylı seçki məntəqəsində səsvermə yerli vaxtla saat 8:00-da başlayıb: "Seçki Məcəlləsinin 36-cı maddəsinə uyğun olaraq ABŞ-dəkı səfirlikdə seçki məntəqəsi fəaliyyətə başlayıb. Azərbaycanın Vaşinqtondakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim və səfirliyin əməkdaşları səsvermədə iştirak ediblər. ABŞ-də təhsil alan azərbaycanlı tələbələr, eləcə də yerli icmamızın üzvləri öz vətəndaşlıq vəzifələrini icra edərək səsvermədə iştirak edilər. Onların sərbəst şəkildə səs vermələri üçün hər cür şərait yaradılıb".

Səsvermə yerli saatla 19:00-da başa çatacaq.

Qeyd edək ki, növbədənkənar prezident seçkiləri ilə bağlı Azərbaycanda keçirilən səsvermə artıq başa çatıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Saat 16:00-dək media nümayəndələrindən bir müraciət qeydə alınıb - Mətbuat Şurası

Saat 16:00-dək media nümayəndələrindən bir müraciət qeydə alınıb - Mətbuat Şurası

Saat 16.00-dək səsvermə prosesini işıqlandıran media vasitələrinin təmsilçilərindən Mətbuat Şurasının telefon nömrələrinə cəmi bir müraciət qeydə alınıb. BAKU...

10 Sosial 17:20 07 fevral 2024

Son xəbərlər