Abşeronda sakinlər çıxılmaz vəziyyətdə: Kanalizasiya partladı, küçə keçilməz oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Abşeron rayonunun Hökməli-Qobu yolu üzərində yerləşən Mövsümbəy Xanlarov küçəsində yaşayan sakinlər ciddi problemlə üzləşiblər.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.
Sakinlər bildirir ki, ərazidə kanalizasiya xəttinin sıradan çıxması və son günlər müşahidə olunan yağıntılı hava şəraiti yolu tamamilə yararsız hala salıb.
Sakinlərin bildirdiyinə görə, küçədə dərin çuxurlar yaranıb, ərazi palçıq və kanalizasiya suları ilə dolub. Nəticədə nəqliyyat vasitələrinin hərəkəti mümkünsüzləşib, hətta bəzi hallarda avtomobillə evlərə daxil olmaq belə çətinləşib.
Problemin ən narahatedici tərəflərindən biri isə yaranan antisanitar vəziyyətdir. Sakinlər qeyd edir ki, axan kanalizasiya suları həm sağlamlıq üçün təhlükə yaradır, həm də təcili yardım və digər xidmət avtomobillərinin əraziyə girişini bloklayır.
Oxşar xəbərlər
Şəhid Davud Qurbanovun anası: "Onun iki böyük qardaşı da avtomobil qəzasında həyatını itirib"
Baku TV 44 günlük Vətən müharibəsi şəhidi Davud Qurbanov haqqında reportaj hazırlayıb. Reportajda şəhidin ailə üzvləri və iş yoldaşları onunla bağlı xatirələrin...