Abonentlərin NƏZƏRİNƏ! - Bu sayğaclar ləğv ediləcək - VİDEO

Abonentlərin NƏZƏRİNƏ! - Bu sayğaclar ləğv ediləcək - VİDEO
Video
Sosial 365

Smart-kart tipli sayğaclar mərhələli şəkildə ləğv ediləcək.

BAKU.WS xəbər verir ki, onların əvəzinə ağıllı qaz sayğacları quraşdırılacaq.

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev "Xəzər Xəbər"ə bildirib ki, prosesə ilkin mərhələdə yeni yaşayış binalarından başlanıb. Pilot layihə çərçivəsində 40 min abonentin mənzili ağıllı sayğacla təmin olunub: “Yeni sayğaclar vasitəsilə qaz sərfiyyatı ilə bağlı məsələlər vahid mərkəzdən idarə olunacaq”.

Qurum rəsmisi ağıllı sayğacların bir çox üstünlüklərə malik olduğunu bildirib: "Gələcəkdə yaşayış binaları ilə yanaşı həyət evlərinə də ağıllı sayğac quraşdırılacaq. Smart-kart tipli sayğaclar mərhələli şəkildə dövriyyədən çıxarılacaqlar".

E.Vəliyev mənzillərdə qaz sayğaclarının bir neçə dəfə dəyişdirilməsi məsələsinə də aydınlıq gətirib. Mətbuat katibi əlavə edib ki, ağıllı sayğaclar “Azəriqaz” İB-nin öz vəsaiti hesabına quraşdırılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Köhnə nəsil smart tipli qaz sayğacları ləğv edilir

Köhnə nəsil smart tipli qaz sayğacları ləğv edilir

Azərbaycanda pilot layihə çərçivəsində 40 min abonentin mənzilinə yeni nəsil sayğac quraşdırılıb. BAKU.WS xəbər verir ki, bu barədə məlumatı Bizim.Media-ya “Azə...

195 Sosial 10:27 05 may 2023

Son xəbərlər