SİZİN REKLAM BURADA!
055 213 76 73


Yanğın və partlayış hadisələrinin qarşısının alınması məqsədilə, əsasən insanların sıx toplaşdığı məkanlarda, binaların zirzəmi və birinci mərtəbələrində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində əməkdaşlarımız tərəfindən yanğına qarşı təbliğat xarakterli maarifləndirmə tədbirləri həyata keçirilib.

FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi, daxili xidmət polkovniki Elnur Babayevin BAKU.WS-ə verdiyi məlumata görə, tədbirlər zamanı bəzi obyektlərdə propan qaz balonlarından istifadə olunduğu, balonların quraşdırılması və təhlükəsiz istifadə qaydalarının pozulması halları müşahidə edilmişdir.

Əməkdaşlarımız həmin obyektlərdə qaz balonlarından istifadənin təhlükəli olması barədə söhbətlər aparmış, bədbəxt hadisələrin baş verməməsi üçün yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasının vacibliyini bir daha cavabdeh şəxslərin diqqətinə çatdırmışlar.

Xidmətin əməkdaşları tərəfindən aparılmış izahat işlərinin nəticəsi olaraq 166 propan qaz balonu könüllü olaraq sahibkarlar tərəfindən obyektlərdən uzaqlaşdırılmışdır.

Qeyd etmək istəyirik ki, Azərbaycan Respublikasının Yanğın Təhlükəsizliyi Qaydalarına əsasən, mağaza, anbar və ictimai iaşə müəssisələrinin binalarının zirzəmi otaqlarında, habelə insanların sıx toplaşdığı sahələrdə qaz cihazlarından və aparatlarından, habelə qaz balonları ilə işləyən cihazlardan istifadə edilməsi qadağan edilir.

Bu sahədə Dövlət Yanğın Nəzarəti Xidməti qanunamüvafiq tədbirlərini davam etdirir.

BAKU.WS
QALEREYA