SİZİN REKLAM BURADA!
055 213 76 73


Baş Nazir Əli Əsədov "Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə" qərar imzalayıb.

Qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 2 noyabr saat 06:00-dək uzadılıb.

Eyni zamanda, noyabr ayının 2-dək həftəsonu ictimai nəqliyyat və Bakı Metropoliteninin fəaliyyəti dayandırılacaq. 

2020-ci il 3 oktyabr saat 00:00-dan 5 oktyabr saat 06:00-dək,

10 oktyabr saat 00:00-dan 12 oktyabr saat 06:00-dək,

17 oktyabr saat 00:00-dan 19 oktyabr saat 06:00-dək,

24 oktyabr 2 saat 00:00-dan 26 oktyabr saat 06:00-dək

31 oktyabr saat 00:00-dan 2 noyabr saat 06:00-dək. 

BAKU.WS