SİZİN REKLAM BURADA!
055 213 76 73


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlillik dərəcəsinin verilməsi ilə bağlı problemlərin həllinə diqqət ayırmaqdan daha çox, təəssüf ki, Füzuli Rayon Mərkəzi Xəstəxanasının təqdim etdiyi göstəricilərinin təhlilini aparıb.

BAKU.WS xəbər verir ki, bu fikri Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

Deputatın fikrincə, bu rəqəmlər eyni mənbədən alınıb: "Söhbət Rayon Mərkəzi Xəstəxanasının təqdim etdiyi göstəricilərindən gedir. Əslində, nazirlik özü də etiraf edir ki, bu ilin 8 ayında Füzuli rayonundan olan 217 şəxslə bağlı müraciətin cəmi 37-nə əlillik dərəcəsi təyin olunub və 160 göndərişə birbaşa imtina verilib.

Nazirliyinin özünün təqdim etdiyi rəqəmlərdə əlilliyin təyinatı və imtina faizləri arasında fərqin böyüklüyünü asanlıqla görmək olar. Göründüyü kimi, nazirliyin rəqəmləri xəstəxanadan aldığımız göstərciləri ilə müqayisədə daha bədbindir. Bu isə ondan xəbər verir ki, bu sahədə vəziyyətin yaxşılaşdırılmasına, şəffaflıq və səmərəliliyinin artırılması üçün mövcud mexanizmin təkmilləşdirilməsinə ehtiyac var.

Rəqəmlərdə deyil, vətəndaşa əlillik dərəcələri təyin edəndə yanlışlığa yol verməmək lazımdır".

BAKU.WS