Tenderin qalibi Kəmaləddin Heydərovun həyat yoldaşı oldu

Tenderin qalibi Kəmaləddin Heydərovun həyat yoldaşı oldu
Foto
Sosial 55622

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun həyat yoldaşı Ruhəngiz Heydərova Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) elan etdiyi tenderin qalibi olub.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə elektron satınalmalar portalına istinadən sosial şəbəkələrdə məlumat yayılıb.

Mərkəz 2020-ci ilin fevral ayında ofis yerinin icarəsi üçün tender elan edib. Avqustun 11-də açıqlanan tenderin nəticəsinə görə qalib Heydərova Ruhəngiz Muxtar qızı olub. Dövlət qurumu olan BBMM ofis yerinin icarəsi üçün ona 48 min 840 manat ödəyəcək. R.Heydərova məxsus və Mərkəzin yerləşdiyi bina Mikayıl Useynov küçəsi, ev 63 ünvanındadır.

Qeyd edək ki, Ruhəngiz Heydərova SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının sədridir. O, həm də YAP Qadınlar Şurasının üzvüdür.

Oxşar xəbərlər

Prezident nazir Sahil Babayevi qəbul edib

Prezident nazir Sahil Babayevi qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edib. BAKU.WS xəbər verir ki, ölkəmizdə həyata...

13615 Sosial 16:25 16 mart 2020

Son xəbərlər