“Təhsilin bu şəraitdə səmərəli təşkili üçün yollar araşdırılmalıdır” - Millət vəkili

“Təhsilin bu şəraitdə səmərəli təşkili üçün yollar araşdırılmalıdır” - Millət vəkili
Sosial 162

“İnsanlar iqtisadi fəallığa cəlb edilməlidir”.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı deputat Bəxtiyar Əliyev deyib.

O bildirib ki, digər tərəfdən bu gün yeni iş yerlərinin açılması və insanlarının işlə təmin edilməsi, onların sosial yardımla təmin olunması məsələsi yenidən nəzərdən keçirilməlidir:

“Bu istiqamətdə müvafiq qurumlar öz fəaliyyətində dönüş yaratmalıdır. Eyni zamanda gələcəkdə təhsilin bu şəraitdə səmərəli təşkili üçün yollar araşdırılmalı, TƏBİB Səhiyyə Nazirliyi ilə birlikdə müvafiq qaydalar hazırlamalıdır. Bu, çox vacibdir”.

Oxşar xəbərlər

Son xəbərlər