93 avtobusun hərəkət intervalında gecikmələr var
Yeniliklərdən dərhal xəbərdar olun
Vahid Dispetçer Xidmətinin bu gün səhər pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəqliyyat sıxlıqları səbəbindən 26 müntəzəm marşrut xətti üzrə 93 avtobusun hərəkət intervalında gecikmələr var.
Bu barədə BAKU.WS-ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Qeyd edilib ki, gecikən avtobusların siyahısı aşağıdakılardır:
1. Bakı-Sumqayıt şosesi - Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Moskva prospekti - 20 Yanvar dairəsi istiqamətində 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası 6-8 dəqiqə gecikmə müşahidə olunur.
2. Binəqədi şosesi – Azadlıq metro stansiyası istiqamətində sıxlıq. Bu səbəbdən də həmin ərazidən keçən 71, 79, 133, 165, 179, 202,N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-15 dəqiqə gecikmə müşahidə olunur.
3. Koroğlu Rəhimov küçəsi Heydər Əliyev prospekti istiqamətində 13N-li müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 11-14 dəqiqə gecikmə müşahidə olunur.
4. Ziya Bünyadov prospekti 20 Yanvar dairəsi istiqamətində 9, 7A, 7B, 67, 85, 199, 211 marşrut xətlərindəki avtobuslararası intervallarda 13-17 dəqiqə gecikmə müşahidə olunur.
Oxşar xəbərlər
Bakıda 144 avtobus gecikmə ilə hərəkət edir
Bakıda 144 avtobusun hərəkət intervalında gecikmələr var. Bu gün axşam pik saatlarına olan məlumatına əsasən paytaxtın müxtəlif ərazilərində müşahidə olunan nəq...