SİZİN REKLAM BURADA!
055 213 76 73


Ölkə gündəminin qısa xülasəsini öyrənmək üçün hər gün saytımızda “Günün Yekunu” adlı xəbər blokumuzu izləyə bilərsiniz.

Azərbaycanda 513 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 440 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/92705

Ölkədə sərt karantin rejimi tətbiq edilən ərazilərdə işsizlərə və pandemiya dövründə işini itirən vətəndaşlara növbəti dəfə 190 manatlıq birdəfəlik maddi yardımın verilməsinə başlanılıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/92701

BAKU.WS xəbər verir ki, DTX-nin həbs etdiyi XİN əməkdaşlarından biri də Səlim Əlizadədir.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/92695

İyulun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli hospitalının açılışında iştirak ediblər.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/92683

Sərtləşdirilmiş xüsusi karantin rejimini pozaraq "Fairmont Baku" hotelində istirahət edən İsmayıl Babayevlə bağlı qərar çıxarılıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/92685

Bu gün Prezident İlham Əliyev Azərbaycan Televiziyasına (AZTV), İctimai Televiziyaya (İTV) və “Xəzər” Televiziyasına müsahibə verib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/politics/92682

Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi "Alpina Parking Consulting” MMC olub.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/92675

Bakıda marketlərdə polis nəzarəti gücləndirilib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/92664

İtaliyalı məşhur bəstəkar, aranjımançı və dirijor Ennio Morrikone 91 yaşında vəfat edib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/dunya/92665

Azərbaycanın bir sıra şəhər və rayonlarında, eləcə də Bakıda tətbiq olunan sərt karantin rejiminin tələblərini pozan teleaparıcı Mələk Heydərova işdən çıxarılıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/social/92661

Masallıda oğlunun hərbi xidmətdən qayıtması ilə əlaqədar yığıncaq təşkil edən şəxs və qonaqları cərimələnib.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/incident/92655

Bu gündən - İyulun 6-dan xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar ictimai nəqliyyatın (avtobusların) fəaliyyətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

Daha ətraflı məlumat bu linkdə - https://baku.ws/coronavirus-azerbaijan/92648

BAKU.WS