SİZİN REKLAM BURADA!
055 213 76 73


“Xaricdə doktorantura təhsili üçün birinci mərhələdə 67 namizəd sənəd verib və onlardan 45 nəfəri müsahibə mərhələsinə buraxılıb”.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri, “2019-2023 Dövlət Proqramı”nın İdarəetmə Qrupunun rəhbəri səlahiyyətlərini müvəqqəti icra edən Müjdat Həsənov deyib.

O qeyd edib ki, 8 nəfər müsahibədən mənfi cavab alıb: “2 nəfər isə müsbət cavab alsa da, imtina edib. 34 nəfər yekunda qəbul olunub. Onlar da ən çox Türkiyəni seçib. Əsas təbiət ixtisasları üzrə (26%) tətqiqat sahəsinə görə müraciət olub”.

M.Həsənov əlavə edib ki, 9 yerli ali təhsil müəssisəsi də bu prosesə qoşulub: “Onlar da qarşılıqlı şəkildə xarici təhsil ocaqları ilə əməkdaşlıq edəcəklər”.

Sektor müdiri vurğulayıb ki, 4 ikili diplom proqramından ikisi üzrlə işlər yekunlaşıb: “Digər ikisi üzrə də işlər yekunlaşmaq üzrədir”. 

BAKU.WS