Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ dollarının martın 29-na rəsmi məzənnəsini açıqlayıb.
 
BAKU.WS-in məlumatına görə, AMB bu gün üçün məzənnəni 1,5737 AZN/USD səviyyəsində müəyyən edib.
 
Qeyd edək ki, ötən günə rəsmi məzənnə 1,5876 AZN/USD səviyyəsində olub.
 
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti dekabrın 21-dən üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşır.
 
BAKU.WS