Mərkəzi Bank dolları rekord həddə bahalaşdırdı

Mərkəzi Bank dolları rekord həddə bahalaşdırdı
İqtisadiyyat 13596

 

Azərbaycan Mərkəzi Bankı (AMB) martın 7-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

Mərkəzi Bankdan BAKU.WS-ə verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi martın 7-nə ilk dəfə 1,61051 səviyyəsində, rekord həddə müəyyən olunub. Qeyd edək ki, dollar son iş günü 1,6019 manata bərabər olub.

Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti dekabrın 21-dən üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşır.

AMB-nin valyuta bazarında iştirakı isə bu rejimə uyğun həyata keçirilir.

BAKU.WS

Oxşar xəbərlər

Dollar rekord həddə bahalaşdı (RƏSMİ)

Dollar rekord həddə bahalaşdı (RƏSMİ)

Azərbaycan Mərkəzi Bankı (AMB) martın 7-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. Mərkəzi Bankdan BAKU.WS-ə verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi...

6422 İqtisadiyyat 09:10 05 mart 2016

Son xəbərlər