Mərkəzi Bank məzənnəni açıqladı: dollar ucuzlaşdı (RƏSMİ)
28
mar
2016
17:21
Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ dollarının martın 29-na rəsmi məzənnəsini açıqlayıb.
BAKU.WS-in məlumatına görə, AMB sabah üçün məzənnəni 1,5737 AZN/USD səviyyəsində müəyyən edib.
Qeyd edək ki, bu günə rəsmi məzənnə 1,5876 AZN/USD səviyyəsində olub.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti dekabrın 21-dən üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Bu qərara əsasən, manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşır.
BAKU.WS
Oxşar xəbərlər
Mərkəzi Bank rəsmi məzənnəni açıqladı: dollar qəfil ucuzlaşdı
Azərbaycan Mərkəzi Bankı (AMB) martın 18-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən BAKU.WS-ə verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi sabah üç...