SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bu gün Azərbaycanda hərbi hissələrdə "Açıq qapı" günü keçiriləcək.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, ənənəyə uyğun olaraq Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən, martın 20-də saat 10.00-da Novruz bayramı münasibəti ilə bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı" günü təşkil olunur. 

Bu gün ziyarətçilər, ictimaiyyət, kütləvi informasiya vasitələrinin nümayəndələri hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə yaxından tanış olmaq, xidməti, inzibati binalara, eləcə də əsgər yataqxanaları və yeməkxanalarına baş çəkmək imkanı əldə edəcəklər. 

Müxtəlif hərbi hissələrdə Silahlı Qüvvələrin bütün rəhbər heyətinin iştirakı ilə keçiriləcək "Açıq qapı" günündə valideynlərlə görüşlər təşkil olunacaq, onları maraqlandıran məsələlərin müzakirəsi aparılacaq, konsert proqramları və digər mədəni-kütləvi tədbirlər keçiriləcək.

İlk dəfə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı" günü Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə 31 dekabrda keçirilib. 

Hərbi hissədə keçirilən "Açıq qapı"da müdafiə naziri, general-polkovnik Zakir Həsənov, nazirliyin rəhbər heyətidə iştirak edib. Müdafiə naziri əsgər valideynləri, müharibə və əmək veteranları, ictimaiyyət nümayəndələri ilə görüşüb. 
 
BAKU.WS