Baş prokurora daha 2 müavin təyin edildi

21
may
2020
16:10
Azərbaycan Baş prokuroru Kamran Əliyevə yeni təyin olunan müavinlərin adları məlum olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, müvafiq sərəncamla Elmar Camalov və Nazim Rəcəbov Baş prokurorun müavini təyin ediliblər.
Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə Baş prokurorun birinci müavini Rüstəm Usubov vəzifəsindən azad olunub. Digər sərəncamla Elçin Məmmədov Baş prokurorun birinci müavini təyin edilib.
Oxşar xəbərlər
Prezident nazir Sahil Babayevi qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edib. BAKU.WS xəbər verir ki, ölkəmizdə həyata...
