Bu gündən Novruz bayramı ilə əlaqədar kənd təsərrüfatı yarmarkaları başlayır. Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi yarmarkalar Bakı ilə yanaşı, Sumqayıt şəhəri və Abşeron rayonu ərazisində də təşkil ediləcək.
BAKU.WS anspress-ə istinadən bildirir ki, kənd təsərrüfatı yarmarkaları əhalinin kənd təsərrüfatı və ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılması, bazarlarda qiymətlərin süni surətdə artırılmasının qarşısının alınması məqsədi ilə keçirilir. Yarmarkalar mart ayının 20-dək davam edəcək.
Yarmarkaların baş tutacağı ünvanlar bunlardır:
Bakı şəhəri üzrə:
- Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, Bakı kinoteatrının yaxınlığı
- Nərimanov rayonu, Keşlə bazarının ərazisi;
- Səbail rayonu, Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1, Məktəbin arxası
- Suraxanı rayonu, Əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi 4, 3 saylı Xüsusi Təyinatlı Mənzil-kommunal Təsərrüfat Birliyinin yanı
- Binəqədi rayonu, Dərnəgül, Koroğlu Rəhimov küçəsi 53, Elit Ticarət Mərkəzinin yaxınlığı.
Sumqayıt şəhəri üzrə (2 yerdə):
-12-ci mikrorayon
-köhnə avtovağzalın yanı
Abşeron rayonu üzrə:
- Xırdalan qəsəbəsi (Şahmat məktəbinin yanı)
BAKU.WS