Yeni cərimələr müəyyənləşir - 1500 manatdan 2000 manatadək

Yeni cərimələr müəyyənləşir - 1500 manatdan 2000 manatadək
Sosial 1862

Texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına zərər vurulmasına görə 1000 manatdan 1500 manatadək məbləğdə cərimə tətbiq olunacaq.

BAKU.WS APA-ya istinadla xəbər verir ki, bu, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclasında müzakirəyə çıxarılan və Milli Məclisin aprelin 17-də keçiriləcək iclasına tövsiyə edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni – 198.2-ci maddədə əksini tapıb.

Həmin əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda 1500 manatdan 2000 manatadək məbləğdə cərimə tətbiq ediləcək.

Oxşar xəbərlər

İlham Əliyevdən YENİ VACİB QƏRAR

İlham Əliyevdən YENİ VACİB QƏRAR

Prezident İlham Əliyev "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikasının 2018-ci il 31 may tarixli 1153-VQ nömrəli Qanununun tətbiqi barəd...

61736 Sosial 14:21 19 iyul 2018

Son xəbərlər