Gürcüstandakı azərbaycanlılara ərzaq yardımı göstəriləcək

Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü və Azərbaycanlı İş Adamları Birliyində (AZEBİ) təmsil olunan şirkətlərin maliyyə dəstəyi ilə ölkədə ərzaq yardımı kampaniyası keçiriləcək.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, sabahdan start götürəcək kampaniya Gürcüstanda yaşayan azərbaycanlılar və bu ölkədə müvəqqəti olan Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub.
Yardım kampaniyası çərçivəsində ümumilkdə 1000 ailəyə ərzaq məhsulları təqdim olunacaq. Qida məhsullarının Tbilisi şəhəri, azərbaycanlıların sıx yaşadıqları Marneuli və Bolnisi rayonları, Kaxeti və digər bölgələrdə paylanılması mərhələli şəkildə həyata keçiriləcək.
Oxşar xəbərlər
Prezident nazir Sahil Babayevi qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edib. BAKU.WS xəbər verir ki, ölkəmizdə həyata...