Azərbaycanın ən iri ticarət mərkəzi aprel ayında qapılarını müştərilərin üzünə açacaq. 

BAKU.WS tezliklə istifadəyə veriləcək "Ganjlik Mall”un içərisindən fotoları əldə edib. Qısa zamanda bakılıların yeni sevimli ticarət mərkəzinə çevriləcək mərkəzin ərazisi 55.000 kvadrat metrdir. Bu geniş məkanda artıq hamıya tanış olan brendlər yerləşəcək. Mall-da həmçinin yeni hipermarket öz işinə başlayacaq.

Alış-verişdən əlavə "Ganjlik Mall” əyləncələrlə də diqqəti cəlb edəcək: kino həvəskarları dünya blokbasterləri ilə kinoteatrda tanış ola, kollektiv oyunları sevənlər dostları ilə asudə vaxtlarını boulinqdə keçirə, balacalar isə uşaq zonasında sehirli dünyaya baş vura biləcəklər.

Əlbəttə ki, ticarət və əyləncə mərkəzində Bakıda ən populyar çevik qida restoran və kafe brendləri kimi tanınmış adlarla fudkort da fəaliyyət göstərəcək.

"Ganjlik Mall” öz qapılarını bu ilin 15 aprel tarixində üzünüzə açacaq.
 
Şahin Həbibov
BAKU.WS