VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Azərişıq" ASC mart və aprel aylarında abonentlərdən ödənişlərin yığılması ilə bağlı xüsusi tapşırığın verilməsi ilə bağlı yayılmış iddiaya münasibət bildirib.

BAKU.WS bildirir ki, qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev qafqazinfo-ya açıqlamasında məlumatın doğru olmadığını söyləyib:

"Müxtəlif şayiələr yayıla bilər. Ancaq "Azərişıq" ASC-nin birinci missiyası hər bir istehlakçısını dayanıqlı, keyfiyyətli elektrik enerjisi ilə təmin etməkdən ibarətdir.

Hazırda bütün ölkə boyu gücləndirilmiş iş rejimində çalışırıq, hər yerdə normal enerji təhcizatı var. "Azərişıq" icraçı strukturdur. Qanunvericilik səlahiyyəti yoxdur.

Şükürlər olsun ki, mart ayında əksər istehsalçılar enerji haqlarını ödəyib və qalanları da ödəyir. Bəli, hazırda sosial vəziyyəti çətin olan istehlakçılar var, onlara da vaxt verilib, diqqət göstərilir. Bu ay ödəyə bilmədiyi təqdirdə növbəti ayda ödəmək şansı yaradılıb və ya elektrik enerjisi borcunu hissə-hissə ödəyirlər.

İstifadə olunmuş enerji haqları onlayn qaydada ödənilir, bu barədə problem yoxdur. İstehlakçılarımıza təşəkkür etmək istəyirəm. Nazirlər Kabinetinin nə qərarları olacaqsa, bizim də onlara operativ qaydada riayət etmək borcumuzdur".

BAKU.WS