SİZİN REKLAM BURADA!
055 213 76 73


 

Mərkəzi Neftçilər Xəstəxanasında doğulan körpənin səhhətində problemlər yaranıb.

BAKU.WS
-in məlumatına görə, bu barədə xəstəxanda doğuş həyata keçirən ana şikayət edib. Qadın bildirir ki, 16.07.2015-ci il tarixində doğuş keçirmək üçün Mərkəzi Neftçilər Xəstəxanasına müraciət edib.

"9 ay həmin xəstəxanada həkim-ginekoloq Aygün Səfərovanın qəbulunda və nəzarətində olmuşam. Doğuş günü Mərkəzi Neftçilər Xəstaxanasında məni doğuşa növbətçi mama-ginekoloq Hicran Məmmədova qəbul edib. Lakin həkimlərin səriştəsizliyi və səhlənkarlığı nəticəsində uşaq ağır doğuş travmasıyla dünyaya gəlmişdir və hazırda ölümcül vəziyyətdədir”, - deyə qadın bildirib.

Övladının xəstə doğulmasında Mərkəzi Neftçilər Xəstəxanasının həkimləri Aygün Səfərova, Rauf Bağırlı və Hicran Məmmədovanı günahlandıran ana onlar barəsində həm Səhiyyə Nazirliyinə, həmdə Xətai Prokurorluğuna müraciət edib.

Hazırda bununla bğalı rayon Prokurorluğunda araşdırmalar aparılır. Mərkəzi Neftçilər Xəstəxanasının direktorunun I müavini Həbib Yüzbaşıyev BAKU.WS-ə açıqlamasında bildirib ki, şikayətlə bağlı rayon prokurorluğunda və Səhiyyə Nazirliyində araşdırmalar aparılır və araşdırmalardan sonra məsələyə aydınlıq gətiriləcək.

"Bir mütəxəssis olaraq deyə bilərəm ki, xanımın iddiaları əsassızdır. Bəli uşaqda xəstəlik var. Lakin bu xəstəlik həkim səhvi ucbatından deyil. Hazırda məsələ ilə əlaqədar araşdırmalar aparılır. Bu səbəbdən də, bununla bağlı ətraflı danışmaq istəməzdim. Sivil şəkildə araşdırmalar aparılacaq və nəticə də açıqlanacaq”, - deyə Həbib Yüzbaşıyev qeyd edib.

Ziya Babayev

BAKU.WS