SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bu gün Bakının Sabunçu, Binəqədi, Xəzər, Səbail, Yasamal, həmçinin Abşeron, Qəbələ və Masallı rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

BAKU.WS-in "Azəriqaz" İB-yə istinadən məlumatına görə, bu gün saat 10:00-dan işlər yekunlaşanadək Sabunçu rayonunun Sabunçu, Bakıxanov qəsəbələrində və Anaşkin adlanan ərazidə, Binəqədi rayonunun Binəqədi və Biləcəri qəsəbələrində, Xəzər rayonunun Quşçuluq massivi, Buzovna, Mərdəkan və Şüvəlan qəsəbələrində, Səbail rayonunun İstiqlaliyyət, Ş.Şamil, M.Hüseyn, T.Elçin, Lermantov küçələrində və Badamdar qəsəbəsində, Yasamal rayonunun B.Səfəroğlu və ətraf ərazilərdə, Abşeron rayonunun Ceyranbatan və Saray qəsəbələrində, eləcə də Qəbələ və Masallı rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
 
Fasilələr diametri 530 mm-lik yeraltı qaz xəttində aşkar olunmuş sızmanın ləğvi, qaz xətti üzərində qaz tənzimləyicinin quraşdırılması, yeni çəkilmiş polietilen PE315 mm-lik qaz xəttinin mövcud xəttə qoşulması, istismarı dayandırılmış xətlərin şəbəkədən ayrılması və istehlakçıların qaz təchizatının yaxşılaşdırılması məqsədilə olacaq.
 
BAKU.WS