İrandan qayıdan azərbaycanlının halı pisləşdi - Karantinə alındı

28
fev
2020
12:45
İrandan yeni qayıdan Ağdaş sakini xəstəxanaya yerləşdirilib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Abad kənd sakini olan həmin şəxs qonşu ölkədən bir neçə gün əvvəl qayıdıb.
Ağdaşda mərkəzi bazarın önündə halı pisləşən həmin şəxs yaxındakı şəxsin köməyi ilə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
TƏBİB-dən APA-nın sorğusuna verilən cavabda məlumatı təsdiqləyiblər. Məlumatda qeyd olunur ki, İranda olduğunu bildirən həmin şəxs karantinə alınıb:
“Hazırda onun temperaturu normaldır. Ümumi halsızlığı və gözlərində konyuktivit var. Müayinələr davam edir”.
Oxşar xəbərlər
Astarada hər yan qara maskalılardır: İrana ən yaxın şəhərimizdən reportaj - FOTO
Koronavirusa görə 19 nəfərin öldüyü İranla “ağız-ağıza” dayanan cənub qapımızda qorxu hiss olunur: maska və spirt defisitdir, alverçilər “qan ağlayır”, bəs, Ast...
