Bakıda koronavirus təhlükəsinə görə məktəb, bağça və məscidlər dezinfeksiya olunur
20
fev
2020
14:40
Koronavirus təhlükəsi ilə əlaqədar Bakıda orta məktəblərin, bağçaların və məscidlərin dezinfeksiyasına başlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə APA-ya eksklüziv açıqlamasında Bakı Şəhər Dezinfeksiya Mərkəzinin direktoru Akif Məmmədov bildirib.
İndiyə qədər 27 məscid, 2 sinaqoq, 60 məktəb və 50 uşaq bağçasında dezinfeksiya aparılıb. Dezinfeksiya işləri hazırda davam edir.
A. Məmmədov deyib ki, dezinfeksiya işləri əhalinin sıx olduğu digər yerlərdə, o cümlədən teatr və kitabxanalarda da aparılır.
Oxşar xəbərlər
İcbari tibbi sığorta ilə bağlı əhaliyə VACİB XƏBƏR - SİYAHI AÇIQLANDI
Yanvarın 1-dən ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Lakin insanlarda hansı tibb müəssisəsinin Səhiyyə Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdar...