81 yaşlı Xalq artisti: "Tək yaşayıram, nəvələrimə mane olmaq istəmirəm"
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti Ofeliya Sənani yeni açıqlaması ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, ARB telekanalında yayımlanan "Günaydın, Azərbaycan" proqramının çəkiliş heyəti 81 yaşlı aparıcının evində olub. Xalq artisti evində pişikləri ilə birlikdə yaşadığını bildirib:
"Tək yaşayıram, pişiklərimlə qalıram. Nəvələrim, nəticələrim də var. Amma onlara mane olmaq istəmirəm. Evdə oturmaq darıxdırıcı olmur. Səsyazmalara gedirəm, uşaqlar üçün nağıllar oxuyuram. Çünki uşaqları çox sevirəm, onlar üçün ürəkdən səsləndirirəm. Həftənin birinci günü 5-6 səsyazmanı edirəm, sonra da qulaq asıram. Televiziya izləyirəm, 4 televizorum var”.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...