Azərbaycanda koronavirus şübhəsi olan şəxslərin test cavabları məlum oldu
11
fev
2020
12:50
Çinin koronavirus qeydə alınan ərazilərindən gələn 12 nəfərdə virusun olub-olmaması müəyyənləşib.
Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib.
Kliniki Tibbi Mərkəzdən nazirliyə verilən məlumata görə, yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilən hər bir şəxs virusun müəyyənləşdirilməsi üçün ölkəyə gətirilən testlər vasitəsi ilə yoxlanılıb.
Bu testlərin cavabları mənfi olub. Yəni həmin şəxslərdə xəstəlik aşkarlanmayıb.
Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilənlər barədə mətbuata gündəlik məlumat verilib.
Oxşar xəbərlər
Koronavirus yayılan ərazidən Azərbaycana gələn 12 nəfərlə bağlı YENİ XƏBƏR
Hazırda 1 saylı Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində 1 nəfər qalıb. BAKU.WS xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta...