Azərbaycanda qrip virusundan uşaq ölməsi xəbərlərinə RƏSMİ AÇIQLAMA

Azərbaycanda qrip virusundan uşaq ölməsi xəbərlərinə RƏSMİ AÇIQLAMA
Sosial 1694

Tovuz rayonunda qrip virusundan uşaq ölümü ilə bağlı yayılan xəbərlərə rəsmi açıqlama verilib.

Yayılan xəbərlərə münasibət bildirən Tovuz rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müalicə işləri üzrə müavini Mahirə Quliyeva BAKU.WS-ə bildirib ki, yayılan xəbərlərin heç bir əsası yoxdur.

"Bir müddət əvvəl 2019-cu il təvəllüdlü bir uşaq ölümü qeydə alınıb.

Lakin körpə kəskin ürək çatışmazlığı və ağ ciyər çatışmazlığından ölüb.

Xəstəxanada kəskin qripdən ölüm halının baş verməsi faktı qeydə alınmayıb".

Son xəbərlər