Bəzi avtobusların hərəkət trayektoriyası dəyişdiriləcək

Bəzi avtobusların hərəkət trayektoriyası dəyişdiriləcək
Sosial 318

20 yanvar faciəsinin 30-cu ildönümü günü Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsinin yad edilməsi məqsədilə keçiriləcək anım tədbiri ilə əlaqədar Parlament prospekti Şəhidlər Xiyabanı istiqamətində, eləcə də digər ətraf küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən BAKU.WS-ə bildirilib.

Qeyd edilib ki, sözügedən küçə və prospektlərdən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət trayektoriyası da səhər saatlarından tədbir tam başa çatana qədər dəyişdiriləcək.

Sərnişin avtobusları digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə hərəkət edəcək.

Oxşar xəbərlər

Son xəbərlər