SİZİN REKLAM BURADA!
055 213 76 73


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sumqayıt şəhəri, 9-cu mikrorayon, 59 və 60-cı binaların qarşısında ağac kəsilməsi ilə bağlı daxil olan şikayəti yerində araşdırıb və əraziyə keçirilən baxış zamanı 1 ədəd söyüd ağacının kəsildiyi aşkarlanıb.

BAKU.WS xəbər verir ki, bu barədə ETSN-in Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova jurnalistlərə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, araşdırma zamanı ağacın “Kristal Abşeron” Mənzil Tikinti Kooperativi tərəfindən kəsildiyi məlum olub.

Faktla bağlı akt tərtib olunub və 1800 manat məbləğində ziyan müəyyən edilib.

BAKU.WS