SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakıda yenidən ağacların kütləvi kəsilməsi faktı qeydə alınıb. 

BAKU.WS
xəbər verir ki, bu barədə redaksiyamıza məlumat verilib. Bildirilib ki, Səbail rayonu, İstiqlaliyyət küçəsi 71B ünvanında qanunsuz ağac kəsirlər. Bununla bağlı foto da göndərilib.

Məsələyə aydınlıq gətirmək üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumat verdik. Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova BAKU.WS-ə bildirib ki, faktla bağlı araşdırmalara başlanılıb.

“Əraziyə keçirilən baxış zamanı köküstə yaşı 40 sm. diametrliyində 2 ədəd göyrüş ağacının kəsildiyi və təbiətə 2400 manat məbləğində ziyan dəydiyi məlum olub.

Faktla bağlı akt tərtib olunub və qanun pozucusunun müəyyənləşdirilməsi məqsədilə Bakı şəhər Baş Polis İdarəsinə məktub göndərilib.

Faktla bağlı araşdırmalar davam edir.

Ziya SƏCCAD
BAKU.WS