SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Yeni il münasibətilə təbrik edib.

BAKU.WS xəbər verir ki, bu barədə Kremlin rəsmi saytına məlumat yerləşdirilib.

Rusiya dövlət başçısı Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təbrikdə Rusiya-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunu vurğulayıb və iki ölkə xalqlarının mənafelərinə tam cavab verən strateji tərəfdaşlıq və konstruktiv qarşılıqlı fəaliyyətin gələcək inkişafını təmin edəcəyini, Cənubi Qafqazda və Xəzər regionunda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinin müəyyənləşmiş xətt üzrə gedəcəyinə əminliyini bildirib.

BAKU.WS