Əli Əsədov bu ixtisaslara qəbul üçün yaş həddini endirdi
Nazirlər Kabinetinin “Azərbaycan Ordusu və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələr üçün vətəndaşların xüsusi hərbi ixtisaslar üzrə hazırlığının təşkil edilməsi və keçirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 333 nömrəli qərarında dəyişiklik edilib.
BAKU.WS xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasəb, həmin Qaydanın 3.2-ci bəndində “16” rəqəmi “15” rəqəmi ilə əvəz edilib.
Qeyd edək ki, qərarın müvafiq bəndində yazılmışdı ki, xüsusi hərbi ixtisaslar üzrə hazırlığa cəlb ediləcək vətəndaşların ilkin seçimi ilə bağlıdır.
Əvvəlki qərara əsasən isə ilkin seçim Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində 16 yaşlı kişi cinsli vətəndaşların ilkin hərbi qeydiyyata alınması zamanı aparılır və namizədlərin siyahısı hazırlanırdı.
Oxşar xəbərlər
Məmur olmaq istəyənlər qayınları və baldızları haqqında da məlumat verməli olacaq - Qərar dəyişdirildi
Nazirlər Kabinetinin “Dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”nın...