SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Dünyada baş verən maliyyə böhranını Azərbaycanda da yan ötməyib. Dünya neft bazarıında "qara qızıl”ın kəskin ucuzlaşması ölkəmizdə iqtisadi problemlər yaradıb.
 
Nəticə etibarı ilə bu gün maliyyə qaynaqları tapmaqda çətinlik çəkən zəngin azərbaycanlılar əllərində olan daşınmaz əmlakları satışa çıxarmağa başlayıb. Son bir neçə ay ərzində yüzlərlə bahalı villa və obyekt bazara çıxarılıb. Satışda olan dəbdəbəli əmlakların qiymətləri isə görənləri heyran edir.
 
BAKU.WS kiçik bir araşdırma edərək Bakıda satışa çıxarılan ən bahalı obyektlərin siyahısını təqdim edir:
 
Bakı şəhəri Azure Biznes Mərkəzində şəhərə və dənizə gözəl ponaraması olan və bahalı mebellərlə təhciz olunub. Sahəsi 389 kv olan ofis 30 mrtəbəli binanın 25-ci mərtəbəsində yerləşir. Şəhərə və dənizə ponaraması olan obyektin Qiyməti 1 milyon 900 min AZN-dir. 
 

Xətai rayonunda ümumi sahəsi 2000 kv olan 5 mərtəbəli obyekt satılır. Daşınmaz əmlakın qiyməti 3.750.000 AZN-dir. Maşın bazarının yaxınlığında yerləşən obyektin 2 mərtəbəsi təmirsizdir.   

Digər bir dəbdəbəli villa Gənclik rayonunda satışa çıxarılıb. Villa dizaynına və ölçülərinə görə şadlıq saraylarından seçilmir. 4,5 sot ərazidə tikililmiş villa 4 mərtəbəlidir. Villanın ümumi ölçüsü 800 kv.m-dir. 3,1 milyon manata satışa çıxarılan əmlak qeyri-adi dizaynı ilə göz oxşayır. İnşaatcılar metrosunun yaxınlığında 5 mərtəbəli obyekt satışa çıxarılıb. 3600 kv.m ölçüsü olan obyekt qiyməti 5 milyon manatdır. 


 

5 mərtəbəli daşınmaz əmlak Nəsimi rayonunda yerləşir. 12 min kv.m ölçüsündə olan obyekt 3-cü mikrarayonda yerləşir. Satışa çıxarılan obyekt təmirlidir. Qiyməti 12 milyon manat olan tikili dəbdəbəli görünüşü ilə diqqət çəkir.  

 

 


 

Şahin Həbibov

BAKU.WS