SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı şəhəri Xətai rayonu ərazisində bu gün ərzində su məhdudiyyətlə veriləcək.

“Azərsu” ASC-dən BAKU.WS-ə verilən məlumata görə, magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar gün ərzində Xətai rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyət olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

BAKU.WS