VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Bu gün və sabah su borularının dəyişdirilməsi ilə əlaqədar Bakı şəhərində İstiqlaliyyət küçəsinin Şeyx Şamil və Niyazi küçələri ilə kəsişmələri arasında olan hissəsi nəqliyyatın hərəkətinə tamamilə bağlı olacaq.

BAKU.WS xəbər verir ki, bu küçələrlə hərəkət edən avtomobillər İstiqlaliyyət küçəsində sola tərəf hərəkət edə biləcək.

Qeyd edək ki, Avropa Qran-Prisinin Azərbaycandakı təşkilatçısı Bakı şəhər Halqası Əməliyyat Şirkəti bu ilin iyun ayında keçiriləcək "Formula 1" yarışı ilə bağlı hazırlıq işlərini davam etdirir. Paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən aparılır.

Xatırladaq ki, yarışdan öncə salınacaq və "Formula 1" yarışı standartına cavab verən yenilənmiş yollar daimidir. Bu yollar Qran-Pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.

BAKU.WS