Bakı Avtovağzalında yeni xidmət - 3 saatı 1 AZN - QİYMƏTLƏR

08
noy
2019
12:08
Sərnişinlərin nəzərinə, Bakı Beynəlxalq Avtovağzal Kompleksində saxlama kameraları yenilənərək istifadəyə verildi.BAKU.WS xəbər verir ki, saxlama kameraları həftənin 7 ( yeddi) günü, saat 07:00-dan 00:00-a qədər fəaliyyət göstərir.Saxlama kameralarından istifadə etmək üçün müəyyən olunan tariflər:• 0-3 saat --- 1 AZN• 3-6 saat --- 2 AzN• 6-9 saat --- 3 AZN• 9-12 saat --- 4 AZN• 24 saat ---- 5 AZNÖdəniş predmetin (yükün) sayından asılı olmayaraq ayrılan dolab sayına görə müəyyən olunur.Yüklərin təhvili və eyni zamanda təslim alınması zamanı şəxsiyyəti təsdiq edən sənədi təqdim etmək mütləqdir!Saxlama kameralarına təhvil verilən yüklərin tərkibinə görə Bakı Beynəlxalq Avtovağzal Kompleksi məsuliyyət daşımır!Saxlama kameralarına, tezalışan, partlayan, zəhərləyici, tez xarab olan, ətrafı çirkləndirən yüklərin qoyulması qəti qadağandır!Saxlama kameralarından istifadə edən sərnişinlərin nəzərinə!Yüklərin dolabda saxlanılma saatından asılı olmayaraq, gecə yarısından sonra (00:00-dan sonra) 1( bir) gün kimi hesablanır.Sərnişin yükü təqdim etdikdən sonra ona nömrə (jeton) təqdim olunur.Diqqət! Nömrənin (Jetonun) itirilməsinə görə 5 AZN məbləğində cərimə tətbiq olunur!
Qalereya
Oxşar xəbərlər
Azərbaycana yeni avtobuslar gətirildi - Gecə reysləri bərpa olunur - FOTO
Sərnişinlərin təhlükəsizlik daşınması məqsədilə gecə reyslərində fəaliyyət göstərəcək avtobusların sürət həddinə məhdudiyyət qoyulub.Bakı Beynəlxalq Avtovağzal...
