ŞOK FAKTLAR - Dərmanlardan zəhərlənmə və allergiya olub

ŞOK FAKTLAR - Dərmanlardan zəhərlənmə və allergiya olub
Sosial 852
Bu ilin yanvar-oktyabr (oktyabrın hazırkı dövrünə qədər) ayları ərzində 139 nəfər dərmandan zəhərlənmə şikayəti ilə Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinə (KTM) müraciət edib.BAKU.WS xəbər verir ki, bunu mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Trend-ə deyib.Onun sözlərinə görə, dərmandan zəhərlənmə şikayəti ilə müraciət edənlərin 19-u uşaq olub.A.Maqsudov bildirib ki, bu il ərzində 20-si uşaq olmaqla, 116 nəfər dərmanların qəbulundan sonra yaranan allergik təsirlərlə bağlı mərkəzə müraciət edib.Şöbə müdiri hesab edir ki, zəhərlənmə hallarının baş verməsi ölkədəki dərman preparatlarının keyfiyyətsizliyi ilə bağlı deyil.Bu cür hallar həkim məsləhəti olmadan özbaşına, təyinatsız dərman preparatları qəbul etməkdən baş verir.A.Maqsudov qeyd edib ki, müraciət edənlər əsasən antibiotiklər və vitaminlərin qəbulu nəticəsində dərmanların əlavə təsirlərinə məruz qalıblar.

Oxşar xəbərlər

Azərbaycanda tortdan kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanalıq oldu

Azərbaycanda tortdan kütləvi zəhərlənmə - 30 nəfər xəstəxanalıq oldu

Şabranda kütləvi zəhərlənmə qeydə alınıb.BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, iki gün öncə ad günündə olan şəxslər zəhərlənmə diaqnozu ilə Şabran rayon M...

430 Hadisə 11:47 02 avqust 2019

Son xəbərlər