SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakının Nardaran qəsəbəsinin abadlaşdırılması, qəsəbədəki sosial-mədəni infrastrukturun yenilənməsi və qəsəbənin sosial problemlərinin həlli məqsədi ilə işlər davam etdirilir.
 
BAKU.WS məlumat verir ki, nəqliyyat vasitələrinin, o cümlədən vətəndaşların daha rahat, maneəsiz və təhlükəsiz şəkildə hərəkətinin təmin edilməsi üçün "Azəryolservis” ASC qəsəbənin Abşeron küçəsinin yenidənqurulması işləri yüksək keyfiyyətlə və texnoloji ardıcıllığa riayət olunmaqla sürətlə davam etdirilir. Bu barədə ASC-nin mətbuat xidmətindən məlumat verilib. 

Qeyd edək ki, qəsəbədə küçənin uzunluğu 2,2 km, mövcud eni isə ortalama 8 metr idi. Layihəyə uyğun olaraq küçə genişləndirilərək 2 gediş, 2 gəliş hərəkət zolağı və hər iki istiqamət üzrə 2 metr enində geniş piyada səkiləri olmaqla 18 metrə çatdırılır. Bunun üçün isə küçə boyu yaşayış və qeyri-yaşayış obyektlərinin söküntüsü işləri aparılır. Sökülən evlərin və obyektlərin sahiblərinə qanunvericiliyə uyğun nəzərdə tutulmuş kompensasiya ödənilir.

Aparılan işlər çərçivəsində küçənin 2 km-ə yaxın hissəsi genişləndirilərək 18 metrə çatdırılıb. Genişləndirilmiş küçənin müəyyən hissəsində yeni hasarlar çəkilib, yeni yol yatağı tikilib. Digər hissədə isə bu istiqamətdə işlər davam etdirilir. Yenidənqurma işləri yeraltı kommunikasiya xətlərinin (qaz, işıq, rabitə, su və kanalizasiya ) çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılır.

Küçənin artıq 1100 metrlik hissəsində hər iki istiqamət üzrə 2 metr enində yeni piyada səkiləri tikilib, 2500 paqonmetr yeni səki daşı düzülüb. Səkilərin təqribən 4400 kvadratmetr sahəsi asfaltlanıb, işıq dirəkləri üçün xüsusi bünövrə tökülüb. Yolun 1250 metrlik hissəsinə 2 qatolmaqla 15 sm qalınlığında yüksək keyfiyyətli asfalt-beton örtüyü döşənib. Ümumilikdə isə küçənin 40 min kvadratmetr sahəsinə 3 qat və 25 sm qalınlığında olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi və piyada səkilərinin kənarına 4500 paqonmetr səki daşının düzülməsi planlaşdırılır.

Abşeron küçəsini yenidənqurulması işləri çərçivəsində Nəsrulla Əsgərov küçəsi ilə kəsişmədə 10 metr diametrində dairə inşa edilir. Dairənin kənarlarına səki daşları düzülərək, içərisi asfaltlanır.

Yaxın müddət ərzində Nəsrulla Əsgərov küçəsində də yenidənqurma işlərinə başlanılması planlaşdırılır. Aparılacaq işlər çərçivəsində 780 metr uzunluğundakı küçənin mövcud ortalama 6 metr enindən genişləndirilərək 16 metrə çatdırılması planlaşdırılır. Nəsrulla Əsgərov küçəsi 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarət olacaq. Bu küçədə də hər iki istiqamət üzrə 2 metr enində yeni piyada səkiləri tikilərək, səkilərin kənarlarına 1500 paqonmetr səki daşı düzülərək, ikitərəfli işıqlandırma dirəkləri quraşdırılaraq tam yeni müasir yol infrastrukturu yaradılacaq.

Nardaranda küçələrin yenidənqurulması istiqamətində aparılan təmir-tikinti hesabına onlarla işsiz qəsəbə sakini yeni iş yeri qazanıb. 
 
BAKU.WS