Azərbaycanda yeni medal təsis edilir
23
sen
2019
14:23
“Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik təklif olunur.BAKU.WS xəbər verir ki, təklifə əsasən, “Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019) yubiley medalı təsis edilməlidir.Medal ilə elm və təhsil sahələrində yüksək nailiyyətlər əldə etmiş, bu sahələrin inkişafına xüsusi töhfə vermiş, sosial-mədəni inkişafda fəal iştirak etmiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın əməkdaşları, veteranları, məzunları, həmçinin elm, təhsil və beynəlxalq əməkdaşlıq sahəsində dövlət siyasətinin həyata keçirilməsində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın tərəqqisində xüsusi xidmətləri olan Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər təltif ediləcəklər.Sənəd Milli Məclisin payız sessiyasının sentyabrın 30-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Oxşar xəbərlər
Sosial müdafiə xərcləri artırıldı
Prezident İlham Əliyev "Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında" qanuna dəyişiklik barədə qan...