"011"ə 70 min dollar verdilər satmadı
Yeniliklərdən dərhal xəbərdar olun
Sosial şəbəkələrdə avtomobil həvəskarı olaraq tanınan türkiyəli Paşam Sezer illər öncə dağınıq vəziyyətdə 2 min dollara aldığı "011" markalı sovet maşınına 10 min dollar əlavə xərc çəkərək tanınmaz hala gətirib.
BAKU.WS-in Sputnik.az-a istinadən verdiyi xəbərdə bildirilir ki, avtomobili sıfırdan yenidən yığan Paşam Sezer türk mətbuatına ölkənin hər yerindən ona zənglər edildiyini və maşını almaq istəyənlərin sayının hər gün artdığını bildirib.
Müştərilərdən birinin ona zəng vuraraq 70 min dollar təklif etdiyini deyən Paşam Sezer, təklifi geri çevirdiyini söyləyib. "Bu avtomobili qızıma atasından yadigar olaraq saxlayıram. Bunu onun üçün hazırladım. Ona görə də heç bir qiymətə satmağı düşünmürəm” – P.Sezer qeyd edib.
Arzu Mirzəyeva
BAKU.WS
Oxşar xəbərlər
Bakıda avtomobil satışı dayandı - DOLLAR AJİOTAJI
Bakıda 2-ci əl avtomobil bazarında satışlar tamamilə dayanıb. Fins.az-ın məlumatına görə, əsas səbəb dolların yenidən bahalaşması və məzənnə ilə bağlı qeyri-sab...