VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Paytaxtın Babək və Nobel prospektlərini birləşdirən Nəcəfqulu Rəfiyev küçəsində aparılan təmir-tikinti işləri tam olaraq yekunlaşıb. Artıq yenilənmiş küçədə nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkəti təmin olunub.


"Azəryolservis” ASC-nin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, ümumilikdə küçənin 19 min 500 kvadratmetr sahəsində yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.


Bundan başqa, N.Rəfiyev küçəsində köhnə səki daşları yeniləri ilə əvəzlənib. Küçəyə təqribən 2 min 200 paqonmetr yeni səki daşı düzülüb. Təmir-tikinti işləri zamanı zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemi qurulub.


Ziya Səccad
BAKU.WS