Azərbaycanda qeyri-adi hadisə - Kənd sakini şok içindədir - FOTO

12
sen
2019
18:35
Qaxda təsərrüfatların birində qeyri-adi hadisə baş verib.BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, rayonun Cəlayir kəndində Qarayevlər ailəsinin həyətində toyuq ölçüsünə və çəkisinə görə fərqli yumurta yumurtlayıb.
Yumurta normadan dörd dəfə böyükdür. Toyuğun sahibi Diləfruz Qarayeva bildirib ki, 30 ildir toyuq saxlayır, belə halla isə ilk dəfədir rastlaşır: “Bu yumurta məni və ailə üzlərimizi çox təəccübləndirib.Yumurta görünüşünə görə oval formasındadır. Ancaq digərlərindən çox böyükdür. Yumurtanı sındırdıqdan sonra içərisindən daha bir yumurta çıxdı”, - D.Qarayeva bildirib.
Oxu.Az-ın bölgə müxbirinin sorğusuna cavab verən Qax rayon Baytarlıq İdarəsinin rəisi Şövkət Babayev bildirib ki, bu hadisə patoloji hal hesab edilir və çox nadir hallarda baş verə bilər. Səbəbi isə toyuğun yumurtlama dövrünün gecikməsi ilə bağlıdır.



Qalereya
Oxşar xəbərlər
Qan təzyiqini normaya salan ƏN UCUZ DƏRMAN
Yumurta ağı yüksək qan təzyiqini tənzimləyir. Yumurta ağında peptid adlanan bir maddə var.Araşdırmaya görə, bu maddə qan təzyiqini artıran bir fermentin yaranma...
