“Pirşağı Tullantı Sutəmizləyici Qurğusu” layihəsi çərçivəsində qurğunun ən mürəkkəb hissəsi olan dənizə çıxış xətti quraşdırılıb.
BAKU.WS xəbər verir ki, bu barədə “Azərsu” ASC-dən APA-ya bildirilib.
Verilən məlumata görə, Pirşağı qəsəbəsi yaxınlığında inşa edilən və məhsuldarlığı sutkada 40 min kubmetr olan Pirşağı tullantı sutəmizləyici qurğusunun dənizə çıxış xəttinin tikintisi layihənin ən vacib hissələrindən biridir.
Xəzər dənizinin ekoloji sabitliyinin qorunması məqsədilə qurğuda təmizlənmiş suların dənizin nisbətən dərin hissəsinə axıdılmasını təmin etmək üçün 1 600 mm diametrli polad borularla 1700 metr uzunluğunda daşıyıcı xətt inşa edilib.
Boruların quraşdırılma işləri yekunlaşıb və xəttin dəniz vasitəsilə Pirşağı qəsəbəsində inşası davam edən təmizləyici qurğunun yerləşdiyi əraziyə daşınması həyata keçirilib.
Pirşağı tullantı sutəmizləyici qurğusunda işlərin 90%-dən çoxu yerinə yetirilib. Burada ötürmə gücü sutkada 260 min kubmetr olan nasos stansiyası quraşdırılır.
Kompleks Abşeron yarımadasının şimal-şərq hissəsində böyük bir ərazidə yaranan tullantı sularının birbaşa Xəzər dənizinə axıdılmasının qarşısını almağa imkan yaradacaq.
Kürdəxanı, Pirşağı, Maştağa, Bilgəh, Nardaran, Məhəmmədi, Digah, Mehdiabad, Goradil, Fatmayı və Novxanı qəsəbələrində yaranan tullantı suları bu kompleksdə təmizlənərək kənarlaşdırılacaq.
BAKU.WS
Çimərliyə gedənlərə ŞAD XƏBƏR
04
sen
17:38

ŞAD XƏBƏR – Novxanı sərnişin stansiyası tikilir - VİDEO
Bu ərazilərdə işıq olmayacaq - Əhaliyə XƏBƏRDARLIQ
Pirşağıda gənclərin boğulması ilə bağlı YENİ MƏLUMAT - FOTO (YENİLƏNİB)
Bakıda 4 məşhur istirahət mərkəzinin sahibi cərimələnib
Bakı bulvarında kanalizasiya iyrəncliyi
Xəzəri nə çirkləndirir? – Alimdən MÜHÜM AÇIQLAMALAR
Azərbaycanda içməli suyun keyfiyyəti ilə bağlı analizlərin NƏTİCƏLƏRİ
Mehdiabad-Pirşağı avtomobil yolunun tikintisinə 3,3 milyon manat ayrılıb
- Nazirin Pərvinə görə işdən çıxardığı polisdən gözlənilməz addım - VİDEO
- Yanvarın 1-dən dövlət tərəfindən hər kəs üçün 90 manat ayrılacaq
- Pərvin və polis sevgilisinin daha bir QALMAQALLI VİDEOsu
- Elçin Əlibəylinin xanımı Dilrubə Vaqifqızı hər şeyə aydınlıq gətirdi - MÜSAHİBƏ+FOTO
- Xalq artistinin özündən gözəl qızı hər kəsi heyran qoydu - FOTO